Toppuş bacı son durumunu AÇIQLADI
27-12-2022, 22:41

 1 aydan çoxdur ki, Milli Onkologiya Mərkəzinə yerləşdirilən Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) səhhəti ilə bağlı açıqlama verib.

AZİNFORM.AZ xəbər verir ki, aktrisa musavat.com-a bildirib ki, yalnız yazmaq imkanı var:

"Ağ ciyərlərimə və ayaqlarıma su yığılıb. Boğulmalarım keçsin, yaxşı olacam. Şükür bu günə. İmmunitetim aşağı olduğundan ziyarətə icazə verilmir".

Qeyd edək ki, Tünzalə Əliyeva 5 ildir xərçəngdən müalicə alır. Bir müddətdir onun beynində şiş aşkarlanıb 





up