Atam əsgərliyə getməyimi istəmirdi - Sərxan Sərxan
27-12-2022, 12:09

Xalq artisti Sərxan Sərxan "Portret" verilişində qonaq olub.

AZİNFORM.AZ xəbər verir ki, müğənni atasından, hərbi xidmətə getməsindən bəhs edib:

"O zamanlar müğənni olmaq fikrim yox idi. Klassik gitarada çalırdım. Sonra əsgərlik vaxtı gəldi. Əsgərliyə məni Moskvadan apardılar. Azərbaycandır da, qohumlar, dostlar… O zamanlar atamın yaxın dostu respublikanın hərbi komissarı Murtuz Quliyev idi. Allah ona rəhmət eləsin. Onu çox yaxşı tanıyırdım. Murtuz əmi deyə çağırırdım. Atam isə o zaman İranda idi. Ora atamı tərcümə işləri ilə məşğul olmaq üçün göndərmişdirlər.

O, jurnalist idi. Atam dedi ki, tez Bakıya gəl. Murtuz əmiyə müraciət edək, səni əsgərlikdən saxlayaq. Getmərsən əsgərliyə. Cavab olaraq söylədim ki, kişi deyiləm? Gedib xidmət edərəm. Məni yalandan niyə xəstə edirsiniz?".





up