DİGƏR XƏBƏRLƏR
"Hər dəfə Gürcüstana gedəndə, Rəhimin məzarını ziyarət edirəm. Oğlumun məzarını elə düzəltmişəm ki, yer var. Otururam orada saatlarla, danışıram. Öz-özümə danışıram ki, sənə deyirdim, sürətli sürənin yanına oturma. Maşını oğlum özü sürsəydi belə olmazdı. Çünki özü maşınla Türkiyəyə belə gedirdi. Qonşunun uşağı idi, onun maşınında olub. O da dünyasını dəyişdi".
AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı "Həyat tərzi" verilişində deyib. İfaçı avtomobil qəzasında dünyasını dəyişən oğlu Rəhimdən danışıb:
"Ad günündə dostları da gedir qəbirüstünə. Oğlumun məzarı hamımıza ziyarət yeri olub. Deyirlər, ruh var. Yuxuma da gəlir. Deyir ki, ata, az iç, böyrəyin xəstədir. Böyrəyimdə daş var".