Bir zamanlar 846 kiloqram olan realiti-şou ulduzu vəfat etdi
20-12-2022, 22:43

Bir zamanlar 846 kiloqram olan realiti-şou ulduzu Ceymi Lopez vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, bir il ərzində 400 kiloqram arıqlayan 37 yaşlı Ceymi ürək problemi səbəbindən dünyasını dəyişib.

"Babydoll Beauty Couture" qurucusu və "Supersize Salon" ulduzu həftə sonu Las Veqasda xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2022-ci ilin yayında yayımlanan verilişdə Lopezin yataqdan qalxmadan gözəllik salonunu necə açdığı bəhs edilib. Layihənin çəkilişləri zamanı o, çəkisinin yarısını itirib. O, ikinci mövsümün çəkilişlərinə hazırlaşırdı. /axşam.az/





up