"Fikirləşdim ki, deyəcəklər pul yığır" - Nüşabə Ələsgərli
18-12-2022, 11:37

Əməkdar artist Nüşabə Ələsgərlinin dekabrın 21-də 55 yaşı tamam olur.

AZİNFORM.AZ xəbər verir ki, "Zaurla Günaydın" proqramında qonaq olan sənətçi yubileyini qeyd etmək istədiyini, lakin insanların tənqidinə görə ehtiyat etdiyini bildirib:

"Yubileyimi qeyd etmək istəyirəm. Siyahı da tutmuşuq ki, kimləri çağıraq. Amma sonra düşündüm ki, təmtəraqlı ad günü etsəm, başqa şey fikirləşəcəklər. Deyəcəklər ki, pul yığır".

Əməkdar artist dekabrın 27-də yubileyini paytaxt restoranlarının birində qeyd edəcəyini bildirib. /axşam.az/





up