Məşhur aktrisaya məhkəmədən pis xəbər
14-12-2022, 23:33

Türk aktrisa Afra Saraçoğlu müqaviləsinə haqsız olaraq xitam verdiyi iddiası ilə “Esline Modeling Services” şirkətinə təzminat ödəməyə məhkum edilib...

AZİNFORM.AZ xəbər verir ki, “Esline Modeling Services” şirkəti müqaviləni birtərəfli qaydada pozduğunu iddia edərək aktrisaya qarşı 53 min lirəlik təzminat iddiası qaldırıb.

“Esline Modeling Services Company” Saraçoğlunun məşhur olmaq üçün serialda rol almasına icazə verdiyi ərizədə: “Afra Saraçoğlu məşhurlaşdı və Özcan Dənizdən yeni bir film təklifi aldı. Afra Saraçoğlunun “İkinci Şans” və “Kötü Çocuk” filmlərindən əldə etdiyi gəlirin 40%-ı olan 53 min lirəlik təzminatı faizlə birlikdə təhvil verməsini istəyirik”, deyilir.

İstanbul Asliye Məhkəməsi “Esline Modeling Services” şirkətinin iddiasını qismən qəbul edərək, Afra Saraçoğlunun “Kötü Çocuk” filminə görə 11 min 592 lirə maddi təzminatının 6 illik faizlə birlikdə, iddiaçı şirkətə ödənilməsinə qərar verib.





up