Salsa musiqisinin ən önəmli nümayəndələrindən olan Puerto-Rikolu müğənni Lalo Rodriges mənzilinin qarşısında ölü tapılıb.
AZİNFORM.AZ xəbər verir ki, bir neçə ay əvvəl həyat yoldaşından boşanan 64 yaşlı Lalo Rodriges 80-ci illərin sonlarında yayımlanan erotik mövzulu “Ven, devorame otra vez” mahnısı ilə məşhurlaşıb.
Dostu Lalonun cəsədini aşkar edib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Müğənninin ölüm səbəbi ekspertizadan sonra dəqiq məlum olacaq.
26 il Orlandoda yaşayan müğənni 1986-cı ildə Vanda Torreslə ailə qurub, 4 övladı olub.
O, 2011-ci ildə Florida ştatında məişət zorakılığı ittihamı ilə həbs edilib və 2 il şərti azadlıqdan məhrum edilib. Bu müddət ərzində o, narkomaniya və alkoqol problemlərindən də əziyyət çəkib.