“İncəsənət qurban tələb edir” - Dəli roluna girib xəstələnən AKTYORLAR
12-12-2022, 11:04

“İncəsənət qurban tələb edir” deyirlər. Amma indi haqqında danışacağımız aktyorların qurbanlığı çox ağır olub, onlar şöhrətin əvəzini canları ilə yox, əsəbləri ilə ödəməli olublar.

AZİNFORM.AZ lent.az-a istinadən bu dəfə psixoloji problemlər yaşamış aktyorlar barədə danışacaq.

Hollivud ulduzu Nikol Kidman üçün “Böyük-kiçik yalan” filmindəki rolu az qala faciə ilə bitəcəkdi. Aktrisa zorakılığa məruz qalmış qəhrəmanına görə o qədər üzüntü keçirmişdi ki, hətta zorlama səhnəsindən sonra ayağa qalxa bilməyib, dəqiqələrlə hönkürtü ilə ağlamış, rejissor onun döşəmədəki çılpaq bədənini isti örtüklə örtməli olmuşdu. Kidman film çəkilişlərindən sonra aylarla əsəblərini müalicə etdirməli olmuşdu.

Hit Lecer “Qara cəngavər” filmində Coker obrazını yaratdıqdan sonra aylarla özünə gələ bilməmiş, film ekranlara çıxmadan həyatla vidalaşmışdı.

Keyt Uinslet “Oxucu” filmindəki qəhrəmanına o qədər dərin dalmışdı ki, sonra depressiyaya düşmüş, aylarla özünə gələ bilməmişdi.

Natali Portman “Qara qu quşu” filmindəki balerina obrazına görə 15 gün içində 15 kilo çəki itirmişdi. Psixi pozğunluğu olan bir obrazı canlandırarkən Portman özü dəli olmaq səviyyəsinə çatmışdı. Bu rola görə “Oskar” alsa da, aktrisa o filmi xatırlamağı heç sevmir.

Bəzi aktyorlarınsa psixi problemləri keçici olmayıb.

Stiven Fray uzun müddət homoseksuallığı, alkoqol və narkotikdən asılılığı səbəbilə medianın gündəmində olub. Lakin günlərin birində bipolyar affektiv pozğunluqdan əziyyət çəkdiyini bəyan edib. Bu xəstəliyə mübtəla olan adamlar sürtətlə aşiq olur, sürətlə fikir dəyişdirir, bir sözlə, özlərini də, ətrafdakıları da “dəli edirlər”.

Stiven Fray xərçəngə tutulduğunu eşidəndə hər şeyi unudub yaşamaq istəsə də, artıq gec idi.

Cim Kerri hər zaman insanları güldürməsi ilə yadda qalmışdı. Lakin psixi problemlər ondan da yan keçməyib. Şöhrətin zirvəsindəykən, anti-depressantlar hesabına yaşayırdı.

“Aydakı adam” filminə çəkilərkən faktiki psixi xəstə idi. Sevgilisi Cim Kerriyə görə intihar edincə, onun xəstəliyi daha da şiddətlənib, çıxış yolunu fəlsəfədə görən aktyor, demək olar ki, ekranlara vida edib, daha filmlərdə çəkilməyib.

Türkiyə aktyor Arda Kural bir zamanlar bütün qızların sevimlisi idi. Bu yaraşıqlı gənc şizofreniya xəstəliyinə yaxalanınca, ekranlardan uzaq düşüb və karyerası yarımçıq qalıb.

Arda Kuralın indiki məşğuliyyəti rəngli daşları toplayıb, onlarla oynamaqdan ibarətdir.

Komediya ustası Şafak Sezer də bir zamanlar psixoloji problemlərdən əziyyət çəkib.

Azərbaycanda da psixoloji problemlərdən əziyyət çəkən aktyorlar olub.

Səfurə İbrahimova və Ofeliya Aslan ömürlərinin son illərində psixi problemlərlə üzləşiblər.





up