Cavanşir Məmmədovun nəvəsi 28 min manatlıq üzüyündən danışdı
12-12-2022, 10:58

Ötən həftə 28 min manatlıq nişan üzüyü ilə gündəmə gələn Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqə Qafarova bloger olmağa qərar verib.

AZİNFORM.AZ xəbər verir ki, “Instagram” hesabında tez-tez həyatı ilə bağlı paylaşım edən Rəfiqə izləyicilərinin suallarını cavablayıb:

- Üzünüzü niyə göstərmirsiniz?

- Bu haqda çox sual gəlir. Hələ ki, bunu düşünmürəm.

- Həqiqətən üzüyünüz 28 min manatlıqdır?

- Mənim üçün önəmi yoxdur, amma bu sualı oğlan evinə vermək lazımdır.

- Bürcünüz nədir?

- 8 fevralda anadan olmuşam, Dolça bürcüyəm

- Sənətçi ailəsində doğulan biri kimi musiqi üzrə təhsiliniz varmı?

- Piano və gitara üzrə Vaqif Mustafazadə adına İncəsənət Məktəbini əlavə təhsil olaraq bitirmişəm.

- Ailə quracağınız insanla necə tanış olmuşunuz?

- Ata tərəfdən qohumuq.

- Şərhlərdə gördüm ki, babanız generaldır, bu doğrudur?

- Bəli, ata babam generaldır.

Qeyd edək ki, müğənninin nəvəsi bir müddət əvvəl qohumu olan Rüfət adlı bəylə nişanlanıb.  /yenisabah.az/







up