Məşhur müğənni 2 reklamdan milyonlar qazandı
10-12-2022, 13:59

Türkiyəli məşhur müğənni Hadisə reklam çəkilişlərindən qazandığı pullarla gündəmə gəlib.

AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən məlumat verir ki, keçən ay kosmetika brendinin siması olan sənətçi indi də zərgərlik brendi ilə anlaşıb.

İddialara görə, Hadisə sözügedən reklam çəklişlərindən külli miqdarda pul qazanıb.

Kosmetika brendinin siması olaraq çəkildiyi reklamdan 10 milyon TL-yə (təxminən 912 min manat) yaxın gəlir əldə edən müğənninin yeni müqaviləsindən 12 milyon TL (1 094 400 manat) qazandığı iddia edilir. Yəni Hadisə iki reklamla 22 milyon TL (2 006 400 manat) qazanaraq rekord qırmağı bacarıb.





up