Prodüser Təranə Səmədova həbsdə olan əri Rasim Həsənovla bağlı paylaşım edib.
AZİNFORM.AZ xəbər verir ki, Səmədova ərinin saxlanılmasından sonra instaqram hesabında paylaşım edib:
“Ata, biz necə darıxırıq sənin üçün. “Bəbəş”lərinin hamısı. Allah özü qorusun bizi, heç bir valideynin, övladın gözü yaşlı qalmasın. Allah haqqı nahaqqa möhtac qoymasın. Hər açılan sabahın bir kəraməti var. İnşallah bu gün də xeyirli günlərdən olar. Sonda hər şey yaxşı bitir, yaxşı deyilsə, deməli, son deyil. Allah səni bizə tez qovuşdursun ki, Rza və Ayazla (ərinin ilk nikahından dünyaya gələn övladları – red.) hələ şəkil çəkdirmədik. Ya onlar bizsiz əyləndilər, ya da Rza gəldi və sən getdin”, - deyə o qeyd edib.