Müğənni Xatunun anası ilk dəfə efirə çıxıb.
Qızı Xatunla birgə “Zaurla Günaydın” proqramına qatılan Firəngiz xanım gözyaşlarına hakim ola bilməyib.
Xatun qardaşı Balaşın ölümündən sonra anasının kövrək olduğunu bildirib:
“Anam ilk dəfədi efirə çıxıb, razılıq verib. Anam Balaşdan sonra çox həssas olub. Sonbeşiyi idi. Allah heç kimə övlad dağı göstərməsin. Biz şou-biznesdə olsaq da, deyib-gülsək də anamın dərdi dərddir. Bəzən bizi başa düşmürlər, qınayırlar, heç nə deyə bilmirsən, susursan”. Firəngiz ana oğlu üçün çox darıxdığını bildirərək hönkür-hönkür ağlayıb:“Balaş çox çalışıb, bizə baxıb. Bacılarına, bacısı uşaqlarına baxıb. Allah mənim başıma daş saldı. Mən onsuz qala bilmirəm, o mənim hər şeyim idi...”
Həmin görüntüləri təqdim edirik: