"Mən ailə quranda evimiz yox idi. İkiotaqlı ev almağa pulumuz var idi, amma ala bilmirdik. Ev yox idi və onu almaq üçün 5 il qeydiyatımız olmalıydı. Yoldaşım dedi ki, maşın alım, kirayədə yaşayaq. Böyük oğlum dünyaya gəlmişdi, amma kirayədə yaşayırdım. Sonra ikiotaqlı ev aldıq. Sonra beşotaqlı, onotaqlı ev aldıq".
AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Bəkirova "Elgizlə izlə" proqramında deyib. Müğənni gənclərin ev üçün evlənməməsindən danışıb:
"Oğlanlar 35 yaşa gəlib çatırlar, evi yoxdur deyə, evlənmir. Sonra gedib 20 yaşında qızın qapısını döyür. 45 yaşa çatanda, kim eləsinə qız verəcək?".
Bəkirova Nabranda istirahət mərkəzi olduğunu söyləyib:
"Həyat yoldaşım Nabrandadır. 1987-ci ildən bu yana qədər bir yerdə yaşayırıq. Onun işi oradadır. Yoldaşım uzun illər yol polisində işləyib. İndi təqaüddədir. Hazırda isə Nabranda böyük istirahət mərkəzimiz var".