Türkiyəli müğənni İbrahim Tatlısesin doğulduğu ev muzeyə çevrilib.
AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Urfanın Hızmalı məhəlləsindəki evə restavrasiyadan sonra "İbrahim Tatlısəsin böyüdüyü mağara" adı verilib.Bu addım turizmin inkişafı üçün atılıb.
Qeyd edək ki, sənətçi 1952-ci ildə Urfada dünyaya gəlib. İfaçı daha əvvəl müsahibələrində “Yaxşı ki, mağarada doğulmuşam. Sarayda doğulsaydım, kim bilir, nə olardı. Bu mağarada dünyaya gəldiyim üçün fəxr edirəm”, - deyə, bildirib.