Məşhur aktrisa vəfat etdi - FOTO
6-12-2022, 13:30

Məşhur Hollivud aktrisası Kirsti Alley 72 yaşında vəfat edib. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə bazar ertəsi, dekabrın 5-də aktrisanın övladları öz Tvitter səhifəsində məlumat veriblər.

“Qeyri-adi, güclü və mehriban anamızın bu yaxınlarda diaqnozu qoyulmuş xərçəng xəstəliyindən sonra dünyasını dəyişdiyini təəssüflə bildiririk”, – mesajda deyilir.

Aktrisa Florida ştatının Tampa şəhərində yerləşən Moffitt Xərçəng Mərkəzində müalicə olunub.






up