Türkiyəli modeldən ayrılıq iddialarına CAVAB
27-11-2022, 20:32

Türkiyəli model Didəm Soydan aktyor sevgilisi Burak Dənizlə ayrılıq xəbərlərinə aydınlıq gətirib.

AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, model yayılan məlumatların doğru olmadığını bildirib:

"Hər şey yaxşıdır, heç ayrılmamışıq. Aramızda problem də olmayıb. Çox xoşbəxtik".

Qeyd edək ki, aktyorun Soydanla ayrılaraq həmkarı Serenay Sarıkayayla eşq yaşadığı iddia olunmuşdu.





up