DİGƏR XƏBƏRLƏR
Britaniyalı müğənni Adel (Adele Laurie Blue Adkins) dünya şöhrətli aktyor Silvestr Stallonenin Beverli Hillsdəki dəbdəbəli malikanəsini satın alıb. O, Stallonenin evi üçün 58 milyon dollar ödəyib.
XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, Adel yeni malikanəsini tamamilə təmir etmək qərarına gəlib. Bütün mebellərini dəyişən müğənni evin içini öz zövqünə uyğun bəzədib.
Adelin aldığı lüks malikanə 18 587 kvadratmetrdir. ABŞ memarı Riçard Landri tərəfindən layihələndirilən malikanədə 8 yataq otağı və 12 vanna otağı var.
1994-cü ildə tikilmiş ev 3,5 hektar ərazidə, əvvəllər aktrisa Lisa Vanderpump və musiqiçi Rod Stüartın məskunlaşdığı məhəllədə yerləşir.



