Müğənni Rəqsanə İsmayılova anası Adilə xanımla birdə verilişdə qonaq olub.
AZİNFORM.AZ xəbər verir ki, “Zaurla Günaydın” proqramının qonağı olan ifaçı anasına etiraflar edib. Adilə xanıma təriflər yağdıran Rəqsanə gözyaşlarına hakim ola bilməyib:
“Mənim bir xasiyyətim var, çox istədiyim adamlara bunu üzdə göstərə bilmirəm. Bunu deyə bilmirəm. Mən Azərbaycanda olanda efirə çıxdıqdan sonra anama zəng vururdum ki, ana, efirim necə oldu? Bəzən işlərim çox olur, anama vaxt ayıra bilmirəm, onda deyir ki, Rəqsanə məni əvvəlki kimi çox istəmir. Anaya olan sevgi heç vaxt bitməz. Dünya, aləm bir yana, sən bir yana. Sənin haqqını, əziyyətini biz heç vaxt sənə qaytara bilmərik. Bu günə qədər elə olub ki, sənə qulaq asmamışam, amma zaman gəlib ki, çox peşman olmuşam. Üzüm olub sənə zəng vurub deyə bilməmişəm. Mən anasız özümü heç vaxt təsəvvür edə bilmirəm”.
Həmin görüntüləri təqdim edirik: