Evlilikləri 40 gün çəkdi - VİDEO
23-11-2022, 19:10

Türkiyənin tanınmış aktrisası Merve Boluğur təşkilatçı, dicey Mert Aydından boşanıb.

AZİNFORM.AZ xəbər verir ki, məhkəmə bu gün baş tutub. Məlum olub ki, Türkiyənin Beykoz Məhkəməsi onların barəsində 1 saatdan az müddətdə qərar çıxarıb.

Merve məhkəmədən çıxanda jurnalistlərin suallarına cavab verməyib.

Mert isə açıqlamasında deyib: "Olmadı, davam etdirə bilmədik. Merveyə hər şey üçün çox təşəkkür edirəm".

Qeyd edək ki, Merve Boluğur və Mert Aydın bu ilin oktyabr ayında evlənmişdilər. lakin onların evliliyi 40 gün çəkib. /lent.az/





up