“Övladlarımı Fazil müəllimə görə dünyaya gətirmişəm” – VİDEO
21-11-2022, 19:01

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovun ailəsini dağıtdıqdan sonra onunla ailə həyatı qurması barədə iddialara cavab verib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb.

“Fazil müəllim boşanandan sonra ailə qurmuşuq. O, ailəli olanda onu tanımırdım. Çıxış etdiyim etdiyim toyda tanış olmuşuq”, – ifaçı deyib.

İsmayılova bildirib ki, Fazil Əmiraslanovun eks-xanımı rus olub və ondan iki övladı var: “Qız anası ilədir. Münasibətimiz yoxdur. Amma oğlu Elvinlə tez-tez görüşürük”.

Müğənni hamilə olduğunu, tezliklə beşinci övladını dünyaya gətirəcəyini etiraf edib: “Övladlarımı Fazil müəllimə görə dünyaya gətirmişəm”.





up