Müğənnilər Şəbnəm Tovuzlu ilə Vüsal Əliyev arasında qalmaqal yaşanıb.
AZİNFORM.AZ xəbər verir ki, Şəbnəm "Xəbər-ətər" proqramında Vüsalın olacağını eşidib, gəlməyib. Vüsal bildirib ki, bundan əvvəl də eyni hərəkəti ifaçıdan görüb:
"Şəbnəm mənə görə gəlməyibsə, təəssüflər olsun. Başqa kanalda da eyni mövzu yaşanıb. Bir yerdə toy məclisində olmuşuq. Onu 10 gün əvvəl toya çağırmışdım, 1 həftə əvvəl restoranımda konsertini təşkil etmişdim. Əvvəl özü zəngə cavab verirdi, indi köməkçisi açıb. Səsə özüm qulaq asmışam, deyirlər, Vüsal Əliyev efirdə qonaq olacaq. O da başlayır başqa ifaçıların adını çəkir. İllər əvvəl Şəbnəm yanıma gəlmişdi ki, məşhur olmaq istəyirəm. Dedim, filan qədər pul gətir. Dedi, maşınımı satıb gətirərəm. Elə oldu ki, maşınını satmağa qoymadım. 15 il əvvəl tanınmağı üçün məni axtardı, indi mənlə bir görünməyi özünə sığışdırmır. Mənim yanımda oturmaqdan hər bir müğənni fəxr etməlidir".
Şəbnəm isə verilişə zəng edərək "Bakıda yoxam. Vüsaldan artıq adamlarla efirə çıxacağam? Elə söhbət olmayıb" cavabını verib.