Müğənni Səidə Dadaşova inciklik yaşadığı anası Sədaqət Dadaşova barədə danışıb.
"Mən sevgini qayınanamdan, baldızımdan, yoldaşımdan, qardaşımdan görürəm. Qardaşım mənə ata əvəzidir. Anada anadır, Allah can sağlığı versin. İstəmərəm saçının telinə zərər gəlsin. Mən də onun üçün darıxıram. Bir yatdığım yastıq, bir də Allah bilir. Sonuncu dəfə çoxdanıncı ildə görmüşəm. Mənə heç onu görmək də lazım deyil. Atamın adını daşıyan uşağım var. Mən bir kənarda qalım, nəvə ilə maraqlanmır. Uşağıma mehriban olan başımın tacıdır. Amma olmadı. Atamın ili pandemiya ərəfəsində idi. Evimizdə onu andıq. Gedib anamı öpmək istəyəndə, qardaşıma baxdı ki, bunu niyə gətirmisən? Sözü eşidəndə, gözümdən qıvılcım keçdi. Yenə qucaqladım, öpdüm. Dedim, canın, özün sağlansan, bəsdir".
Qeyd edək ki, Səidə mərhum Xalq artisti Rafael Dadaşov və Sədaqət Dadaşovanın qızıdır. Sədaqət Dadaşova Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. R.Dadaşov və Sədaqətin 3 övladı var.