Cennifer Eniston Bred Pittdən 100 min dollar tələb edir
3-11-2022, 22:23

Məşhur aktrisa Cennifer Eniston keçmiş əri Bred Pitti məhkəməyə verməyə hazırlaşır və ondan100 milyon dollar tələb edir.

AZİNFOR.AZ xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilib ki, məhkəmə iddiası cütlüyün 2001-ci ildə qurduğu "Plan B Entertainment" prodüser şirkəti ilə bağlıdır. 2005-ci ildə boşandıqdan sonra Bred Pitt təşkilatın yeganə sahibi olub. Mətbuatda yayılan xəbərlərə görə, indi aktyor şirkəti satmağa hazırlaşır, Eniston da öz növbəsində bu pula öz hüquqlarını bəyan edib.

"Bu, təkcə pulla bağlı deyil, prinsipial məsələdir. Cennifer "Plan B"nin həmmüəllifi və qurucusu idi. Layihə texniki olaraq Bredə təhvil verilsə də, Cennifer layiq olduğunu ala bilmədi. Baxmayaraq ki, şirkəti sıfırdan yaradan Cennifer olub"- deyə aktrisaya yaxın olan mənbədən deyilib. 





up