Türkiyəli fenomen Şeyma Subaşının yenidən evləndiyi iddia olunub.
AZİNFORM.AZ xəbər verir ki, Şeyma sosial şəbəkə hesabındakı paylaşımı ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.
O, 3 milyon izləyicisi olan İnstaqram hesabında sevgilisi ilə yeni fotolarını paylaşdıqdan sonra səhifəsinin hekayələr bölməsində də yayımlayıb.
Fenomen “Sizin həyat yoldaşınız olmaq üçün səbirsizlənirəm” deyə yazaraq, gəlin emojisi atıb.
Bütün bunlar isə 32 yaşlı Subaşının iş adamı misirli milyarder sevgilisi Məhəmməd Əlsaloussi ilə evlənəcəyi iddialarını alovlandırıb.
Şeyma Subaşı və sevgilisinin 2023-cü ilin may ayında dünya evinə girəcəyi bildirilir. /bakupost.az/