Günelin bu sözlərinə görə efirdə mübahisə düşdü - VİDEO
3-11-2022, 19:02

"Hansı valideyn istəyər ki, boşanmış bir xanımla oğlunu evləndirsin? Təbii ki, bunlar qismət məsələsidir. Yenə də yaxşı olar ki, subay bir xanımla evlənsin".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Elgizlə izlə" proqramında deyib. Sənətçi verilişə evlənmək üçün gələn gəncin boşanmış xanım istəməmsinə dəstək olub.

Onun bu fikirlərinə studiyadakılar etiraz edib. Elgiz "21-ci əsrdir. Biz müsəlmanıq. Elə bir fikir yoxdur ki, xanımın həyat yoldaşı dünyasını dəyişib, onu almaq olmaz" sözlərini söyləyib.

"İnsanları mənə qarşı yönəltməyin. Özüm 3 dəfə ərdə olmuşam, indi dördüncü dəfə ailə qurmuşam. Hər bir ananın, atanın arzusudur. Kim istəyər boşanmış alsın? Qız qəhətdir? Ölkədə o qədər qız var ki... Bizim mentalitet budur. Bizim cəmiyyətdə boşanmış..." deyə, Günel cavab verib.

Proqramın digər aparıcısı Pərvanə Tahirqızının "Siz bu qədər geridüşüncəlisiniz" sözlərinə Günel daha da əsəbiləşib və "Durub buradan gedəcəyəm. Geridüşüncəli danışmıram. Burada elə danışırsınız ki, elə bil Avropalaşmısınız" cavabını verib.





up