“Kökəlir, sonra əməliyyata gedir”
3-11-2022, 11:53

Rəqqasə Fatimə Fətəliyeva “Gəzək, bişirək” proqramının aparıcısı olduqdan sonra kökəlib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Səhər mərkəzi” verilişində qonaq olan proqramın keçmiş siması Mətanət Əliverdiyeva danışıb:

“Keçən dəfə Fatimə deyir ki, kökəlmişəm, “Gəzək, bişirək”də yeyirəm. Deyirəm, mən bir il o layihəni apardım, əksinə xeyli çəki atdım. Çünki yemirdim, yesəm nə boyda olardım”.

Aparıcı Afaq Gəncəli isə “Fatimə emosional qadındır. Yəqin emosiyaları qalxanda yemək istəyir. Ona görə də kökəlir. Sonra da sən demiş, əməliyyata gedir. Yaxşı ki, çarəsi var. Fatimə, biz səni sevirik”, - deyə, bildirib. /olay/






up