8 ildir birlikdə olduğu Levent Dörterlə evləndikdən sonra ilk dəfə görüntülənən İbrahim Tatlısəsin qızı Dilan Çıtak depressiya olduğunu etiraf edib.
“Toyuma gəlməyən bəzi dostlarımdan çox incimişəm. Toy o qədər rahat keçdi ki, o gün haqqında heç nə xatırlamırıq. Toy videolarını səbirsizliklə gözləyirik. Evləndik, yoxsa, evlənmədik. Hələ anlaya bilmirik. Maraqlıdır, keçən həftə evlənənlər bizim dostlarımız idi?”, – Dilan deyib.
Dilan depressiyada olduğunu bildirib:
“Evləndikdən sonra ilk həftə depressiyaya düşdüm. Yeri gəlmişkən, sizə bir az məzəmmətim var. Məni çox kök göstərdiniz. Geyimimə edilən tənqidlər heç də xoş olmadı”. /publika.az/
AZİNFORM.AZ