Qızının il görüntüsünü paylaşdı - FOTO
2-11-2022, 11:59

Keçən il ana olan Türkiyənin tanınmış aktrisası Özge Özpirinçci ilk dəfə qızı Mercanın görüntüsünü paylaşıb.

AZİNFORM.AZ türk mətbuatına istinadən xəbər verir ki, ailəsi ilə tətildə olan aktrisa uşağın üzü görünməyən fotonu sosial şəbəkə hesabında yayımlayıb.

Qeyd edək ki, Ö.Özpirinçci ən son "Yakamoz S-245" adlı serialda məşhur aktyor Kıvanç Tatlıtuğla baş rolu canlandırıb. O, "Tatar Ramazan" serialının çəkilişi zamanı tanış olduğu rol yoldaşı Burak Yamantürklə keçən il ailə qurub.






up