"Çoxları elə bilir, Xoşqədəmin verilişinə pul toplamağa çıxmışdım" - Elza hər şeyi danışdı
31-10-2022, 17:41

AZİNFORM.AZ xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla qısa müsahibəni təqdim edirik:

- Elza xanım, son günlər efirə çıxmamağınızın səbəbi nədir?

- Çünki çox məşğulam. Mahnıları bəstəkarlar bəstələməsə, müğənnilər oxuya bilməzlər. Ona görə də mənim işim başqalarına baxanda çətindir, həm müğənnilik, həm bəstəkarlıq edirəm. El arasında çox tələbatlı incəsənət adamıyam. Dəvətləri geri çevirə bilmirəm, qazi və şəhid ailələrindən çox zənglər olur. Sənətimə isə özüm sponsorluq etdiyim üçün məcbur olub el şənlikləri, proqramlara gedirəm. Şairliyim də bir tərəfdən... Seriallara da çəkilirəm. Tələbat böyükdür, qarşımdakının qəlbini qırmamaq üçün özümə əziyyət verirəm. Çünki çox təkid edirlər, qonorar təklif edirlər. Pandemiyada "Ötən illərdə" kitabım nəşr edildi. Kitab pandemiyada əlimdən tutdu. Kitabımın sayəsində vətənpərvər kliplərimi çəkdirdim. Mənə maddi dəstək olanlar oldu. Demək olar ki, pandemiyada şeirlərim çox insanları depressiyadan çıxardı. Hətta mənə həkimlər zəng edirlər ki, biz sizin şeirlərinizi oxuyaraq stressdən çıxdıq. Dərin mənalıdır və həqiqəti elə zarafatla deyirsiniz ki, adamın ruhu da incimir. Ona görə də verilişlərə çıxmamağımın elə bir səbəbi yoxdur. Heç kimdən inciməmişəm, küsməmişəm. Sadəcə vaxtım yoxdur.

- Kreditləriniz qurtardı?

- Hər zaman kreditlərim olub. Çünki konsertlər keçirəndə kredit götürürəm. Qırğızıstana müsabiqəyə gedəndə evimi banka girov qoymuşdum. Bu işləri görəndə məcbur olub, pul götürürəm. Ya evimi kreditə qoyuram, ya da qızıllarımı. Banka pulumu ödəyirəm, sonra yenə də müraciət edirəm. Son zamanlar başımıza məyusedici hadisə gəldi, ona görə banka müraciət etməyə məcbur oldum. Allah can sağlığı versin, Əlbəttə ki, onu da ödəyəcəm.

- Bir müddət əvvəl ananızın ev məsələsinə görə Xoşqədəm Hidayətızının "Səni axtarıram" verilişinə müraciət etmişdiniz, borclarınızı qurtardınız?

- Anam evi satdı və borc bağlandı. Çoxları elə bilir ki, efirə pul toplamağa çıxmışdım. Əslində, mən haqq-ədalətə görə çıxmışdım, bəlkə səsimi kimsə eşidər və bu haqsızlığa kömək olar. Çox böyük ümidim var idi. Verilişə çıxdığım üçün məyus olmadım və ölkəmizin çox gözəl qanunları var və müraciətimiz inşallah yaxşı olacaq. Müraciətimizə baxıldı və aydınlıq gətirildi. Amma Ali Məhkəmənin qərarı olduğu üçün icra etməli idik, qanuna riayət etdik. Anam evini satmalı idi və biz məbləği ödədik. Məsələ bağlandı. Amma bilmədiyimiz şeylər var idi. Mənə dərs oldu.

- Yaxın günlərdə Könül kərimovanın boğazında bədxasəsli şiş tapıldı. Onun müalicəsinə 254 min lazımdır. Könül Xasıyeva sənət dostlarından kömək istədi, amma heç biri yardım etmədilər. Hətta xalq artisti aparıcılar Zaur Baxşəliyev və Günay Baxşəliyevanın onun zənglərinə cavab vermədiyini açıqladı. Bu haqda nə deyə bilərsiniz?

- Allah Könül xanıma şəfa versin. Bu haqda danışmaq istəməzdim. Hər kəsin öz şəxsi işidir. Yalnız onu deyə bilərəm ki, Könül Xasıyeva dövlətimizin gözəl sənətkarıdır və hər dəfə də dövlətimiz qayğı göstərib. Dəfələrlə bunun şahidi olmuşuq. Könül Xasıyevanın səs tembri özünəməxsusdur, o, Azərbaycanın varlığıdır. Belə bir söz var, sağ əlin verdiyini sol əl bilməz. Kim kömək edər, edər. Artıq mən gördüyümü gördüm. İtirdiyim dostlarımı tapdım, məni illərdir ki, yıxıb-sürüyən, adını dost qoyanlardan yaxşı ki, qurtuldum. Məndən hərtərəfli istifadə edərdilər, guya mənim dostlarım idilər. Amma şükür Allaha onlardan qurtuldum, itirdiyim dostlarımı isə tapdım.

Sanki yenidən həyata başlamışam. Söhbət puldan getmir. O vəziyyətə düşməyim də mənim üçün bir sınaq oldu. Hamısını tanıdım ki, kimlərin necə olduğunu bildim. Özümü də tanıdım.

- Azsaylı müğənnilərdənsiniz ki, heç bir estetik əməliyyat etdirməmisiniz. Üzünüzdə kosmetoloji prosedurlar olurmu?

- Üzümdə heç bir əməliyyat yoxdur, yalnız kosmetoloji prosedurlar olur. Kosmetoloqlar maskalar edirlər. Heç əməliyyatlara da ehtiyacım yoxdur. Rəhmətlik nənəm deyərdi ki, yeyin üzünüzə çıxsın.

- Hazırda burun əməliyyatı çox populyarlaşıb. Qızlarımız bir birinə oxşayır. Bu haqda nə deyə bilərsiniz?

-Bu onların şəxsi işləridir. Elə şeylərə müdaxilə edə bilmərəm. Kompleksləri var ki, edirlər. Mənim şükür Allaha kompleksim yoxdur. Bəlkə də zaman gələcək, mən də əməliyyata üz tutacam. /publika.az/

AZİNFORM.AZ







up