Brilliant Dadaşovadan Xalq yazıçıları ilə bağlı paylaşım: 'Allah səbir versin' - VİDEO
28-10-2022, 15:13

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə yeni paylaşım edib.

AZİNFORM.AZ xəbər verir ki, o, instaqram hesabında Xalq yazıçıları Anar Rzayev və Çingiz Abdullayevlə bağlı statusu izləyiciəri ilə bölüşüb.

Dadaşova "Anar Rzayev, Nigar Rəfibəylinin bizə yadigarı, Allah sizə, Çingiz Abdullayevə və bütün ziyalılarımıza uzun ömür, səbir versin. Allah, ziyalılarımızı qoru, onlara cansağlığı və səbir bəxş et" sözlərini yazaraq Anar Rzayevin iki gün əvvəl mətbuata verdiyi müsahibəsinin görüntülərini yayımlayıb.

Bununla da Xalq artisti Xalq yazıçılarına öz dəstəyini nümayiş etdirib.





up