Xoşqədəmlə Doğuşun birgə verilişinin vaxtı məlum oldu - VİDEO
27-10-2022, 17:57

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş ARB TV-də yeni veriliş aparacaqlar.

AZİNFORM.AZ
xəbər verir ki, “Günaydın, Azərbaycan” adlı proqramın ilk buraxılışı oktyabrın 29-da efirə gedəcək.

Veriliş cütlüyün evindən canlı yayımlanacaq.

Qeyd edək ki, eyni zamanda X. Hidayətqızının “Səni axtarıram” verilişi həftəiçi yayımını davam etdirəcək.





up