“Hansı qadın özünə ayrılıq arzulayır?" - Xalq artisti
24-10-2022, 19:17

Xalq artisti Tünzalə Ağayeva şəxsi həyatı ilə bağlı danışıb.

“O kimdir?” layihəsinin qonağı olan sənətçi keçmiş əri ilə bağlı bir sıra açıqlamalar verib: “Hansı qadın özünə ayrılıq arzulayır? Həyatı özüm qurdum, valideynlərim razı deyildi. O qədər xeyir-dualı ailələr görürük ki, alınmır. Bilmək olmur”.

İfaçı ərinin onun haqda sifarişli yazılar yazdırdığını iddia edib: “Onun dəstəkçiləri var idi. Qəsdən yönləndirilmiş planlar var idi. Bəzi jurnalistlər buna getmişdi. İnsanı tanımadan haqqında səhvlər yazmaq, pulu alıb evinə aparmaq nə dərəcədə məntiqlidir?”





up