Mina boşanmasından danışdı: "Məni aldatdı"
15-10-2022, 00:50

"Qərarı özüm verdim, yola getmirdik. Məni evə bağlayırdı, telefonumu götürüb gedirdi. Qohumlarımla görüşə bilmirdim. Qapını bağlayırdı, gözləyirdim ki, qayıdacaq anama zəng edəcəm. Ailəmi qorumaq istəyirdim, övlad sahibi olmaq istəyirdim. Nikahın ilk günü dedi ki, instaqram bağlanacaq və sənətdən uzaqlaşacaqsan. Efirdə deyirdim ki, ailə qurandan sonra sənəti atmağa hazıram. Amma o təqdirdə ki, ailə quranda yoldaşım mənə dəstək olacaq. Hər bir qadın istəyir ki, həyat yoldaşının evi, işi olsun. Uşağın olanda bir evə qeydiyyatda ola biləsən".

Azinform.az xəbər verir ki, bu sözləri müğənni Mina Hüseynova "MTV maqazin" proqramında deyib. Martda ailə quran və bir neçə gün əvvəl ayrıldığı gündəmə gələn ifaçı yaşadıqlarını danışıb: 

"Mənə dedi ki, üç evim var, heç nəyə ehtiyacın olmayacaq, səni təmin edəcəyəm. Razılaşdım. Amma aylar keçdikcə gördüm ki, bu insan məni aldadır. Kirayə tutdu, 3 ay orada qaldıq. Dedi, yeni evə köçəcəyik, köçmədik. Dedim ki, instaqramı açım, işimin başına qayıdım. Var-dövlət hayında deyildim, ailə istəyirdim. Aylarımı aldı, aldatdı. Axırda etiraf etdi ki, yalan danışmışam: nə evim var, nə sənə baxacaq pulum. Dedi ki, gedək Fransaya, orada taksi sürücüsü işləyim. Gördüm ki, uçuruma gedirəm. Onunla bir yerdə qalmağım mümkün deyildi. Oktyabrın 9-da əşyalarımı götürüb köçdüm. Bu cür insanla yaşaya bilmirdim. İki vəkil tutdum, həftənin birinci günü rəsmən boşanacağıq. Həyat yoldaşımsan, özün məni seçmisən, niyə fotonu paylaşmamalıyam? Hamı soruşur kimdir, biri deyir, 50 yaşlı kişiyə gedib. Niyə ərimi gizlətməliyəm?".

Mina etiraf edib ki, həyat yoldaşı Sərxanın valideynləri onu qəbul etməyib:

"Valideynləri istəmirdi məni. Öz oğullarını tanımırdılar? Gediş-gəliş yox idi. Ancaq evimizə tort, aş göndərirdi. Anamgillə də münasibət yox idi. Çünki narazı idilər. Biz azad insanlar kimi qərar verib evlənmişik. İndi deyir ki, mənim fotomu paylaşırsan və məhkəməyə verəcəm. Harada elə qanun var ki, ərini paylaşmaq olmaz? Onu psixoloqa da apardım, dedim, bəlkə düzələr. Amma olmadı". 

Qeyd edək ki, Minanın boşanma xəbərini olay.az saytı yazıb. 





up