Qədr Gecəsi içki məclisindən foto paylaşıb,"Rəbbim qəbul etsin" yazan gənclə bağlı QƏRAR VERİLDİ
10-10-2022, 16:11

Türkiyədə Qədr Gecəsi içki içib sosial şəbəkədə paylaşan və üzərinə "Rəbbim qəbul etsin" yazan şəxslə bağlı qərar verilib.

AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, paylaşımı edən Onur T-ya 3 ay 22 gün həbs cəzası verilib.

İstanbul prokrorluğu isə həmin şəxsə 1 il 6 ay həbs cəzasının verilməsini tələb etmişdi.

Qeyd edək ki, Onur T qalmaqallı paylaşımı aprelin 22-də, Qədr Gecəsində etmişdi. Onun dostları ilə qonaqlıqda içki içərkən çəkilmiş şəkili sosial şəbəkədə paylaşması, üzərində "Rəbbim qəbul etsin" yazması, sosial şəbəkələrdə böyük qalmaqala səbəb olmuşdu.









up