Aynişanın yeni sevgilisi var? - Özü açıqladı
10-10-2022, 14:40

Bloger Aynişan Quliyeva şəhərin mərkəzində yerləşən iki mağazasının bağlanması haqda yayılan xəbərə reaksiya göstərib.

AZİNFORM.AZ "teleqraf.com"a istinadən xəbər verir ki, bloger mərkəzi küçələrin birində yeni mağaza açdığını bildirib: "Çoxdandır ki, arzuladığım və üzərində çalışdığım biznesim başlayır".

Aynişan Quliyeva "Kişilərdə ən nifrət etdiyiniz xüsusiyyət nədir?" sualına isə "Qorxaq və simic olması. Tənbəl olması da başqa hadisədir", - deyə cavab verib.

 Bloger "Sevdiyiniz insanın ali təhsilini, madiyyatını önəmsəyirdiniz?" sualına isə belə cavab verib: "Önəmsəmirdim, amma önəmsəmək lazım imiş".

İfaçı şəxsi həyatı haqda sualı da cavablandırıb. O, "Tənhalıq sizi yorurmu?" sualına "Bunu tənha insanlardan soruşsanız daha düzgün cavab verər", - deyib.

 





up