16 saat ac qalıram - Məşhur aktrisadan etiraf - FOTOLAR
4-10-2022, 11:17

Türk aktrisa Nurgül Yeşilçay artıq çəkilərindən necə qurtulduğundan danışıb.

AZİNFORM.AZ xəbər verir ki, layihələrə görə tez-tez kökəlib-arıqladığını deyən aktrisa artıq çəkisindən necə qurtulmasından danışıb.

Fasiləli oruc tutaraq arıqladığını söyləyən Yeşilçay, "Gecə yeməkdən imtina etdim. 16 saat ac qalıram. Səhər yeməyini gec yeyirəm və yediklərimə fikir verirəm. Biraz arıqlamağımın dadını çıxartmaq istəyirəm” dedi.

Bədəninə təbii məhsullarla baxmağa üstünlük verdiyini deyən Yeşilçay, "Göz altı torbalarım üçün yumurta ağını, selülitim üçün isə filtr qəhvə istifadə edirəm" dedi.

Xatırladaq ki, yay aylarında tətilini sevgilisi Necati Kocabaşla keçirən Nurgül Yeşilçay sosial media hesabında paylaşdığı çimərlik geyimi pozaları ilə adından söz etdirib. /bakupost.az/






up