Mahnının sözlərini bilmədiyi üçün döyülən musiqiçi dünyasını dəyişdi
2-10-2022, 23:06

Türkiyənin Ankara şəhərinin Çankaya səmtindəki bir əyləncə məkanında 3 nəfər mübahisə etdikləri musiqiçi Onur Şeneri tələb etdikləri mahnını bilmədiyi üçün ağır yaralayıb.

AZİNFORM.AZ xəbər verir ki, musiqiçi aparıldığı xəstəxanada dünyasını dəyişib.

Ankara Təhlükəsizlik Müdirliyi hadisə ilə əlaqədar 3 nəfəri nəzarətə götürüb.

Polis bölməsində şübhəlilərin istintaqının davam etdiyi bildirilib.





up