Bakıda küsülü sevgililəri barışdırdı
2-10-2022, 12:14

Türkiyənin məşhur müğənnisi Fatma Turgut Bakıya gəlib.

AZİNFORM.AZ xəbər verir ki, ifaçı ötən axşam “Elektra Events Hall”da konsert proqramı ilə pərəstişkarları qarşısında çıxış edib.

O, Bakıdakı konsert zamanı küsülü sevgililəri barışdırmağa çalışıb.

Müğənni iştirakçılar arasından seçdiyi bir qızın sevgilisinə görüntülü zəng edib. Qarşı tərəf zəngə cavab vermədikdə isə səs ataraq “Değmesin ellerimiz” mahnısını ifa edib.

Həmin anlar sosial şəbəkədə paylaşılıb.





up