Tanınmış teleaparıcı yeni vəzifəyə təyin olundu
1-10-2022, 20:22

Tanınmış teleaparıcı Aygün Qulamqızı yeni vəzifəyə təyin olunub.

AZİNFORM.AZ xəbər verir ki, o "Nərimanov Tibb Mərkəzi" publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri təyin olunub.

Qeyd edək ki, Aygün Qulamqızı AzTV, Xəzər TV, Lider TV, Arb TV-də çalışıb. O YAP-ın Nizami rayon təşkilatının fəal üzvüdür. 

Hazırda Kanal S-də "Mənim fəxri qonağım" verilişinin aparıcısı və müəllifidir.





up