Roza Zərgərli Rəhim Rəhimlidən DANIŞDI: “Bəli, küsülü olsaq da…”
30-09-2022, 17:26

“Hazırda Azərbaycanda deyiləm. Azərbaycanda olsaydım, 100 faiz yas mərasimində iştirak eləyərdim”.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında müğənni Roza Zərgərli bu gün vəfat edən müğənni Rəhim Rəhimli ilə bağlı danışarkən deyib.

“Biz eyni səhnəni paylaşmışıq. Bəli, küsülü olsaq da, mənim tanıdığım şəxs idi. Azərbaycan səhnənisini tərk edib, dünyasını dəyişib. Məkanı cənnət olsun!”.

Qeyd edək ki, konsertlərin birində musiqi qrupu Rozanın onun qonorarını vermədiyini iddia etmişdi. Roza həmin qrupu Rəhimin öyrətdiyini açıqlamışdı.

AZİNFORM.AZ





up