Rəhim Rəhimli məzara qoyuldu - VİDEO
30-09-2022, 15:00

Müğənni və bəstəkar Rəhim Rəhimlinin yaşadığı mənzildə keçirilən vida mərasimi yekunlaşıb.

Mərhumun cənazəsi evindən çıxarılaraq son mənzilə yola salınıb. Ailə üzvləri, yaxınları, dostları və şou nümayəndələri ifaçı ilə son dəfə vidalaşıblar.

Gecə radələrində ürəktutmasından vəfat edən Rəhim dəfn olunmaq üçün Bülbülə qəbiristanlığına gətirilərək orada torpağa tapşırılıb.





up