Tez-tez erməni səhifələrində azərbaycanlı məşhur fenomenləri şəkilləri paylaşılaraq əsir götürüldükləri barədə postlar paylaşılır. Həmin məşhur simalardan biri də müğənni Maral Tahirqızıdır.
Müğənni ermənilərin onun fotolarını paylaşaraq əsir götürüldüyü barədə postlar paylaşmasına reaksiya verib.
AZİNFORM.AZ xəbər verir ki, yenisabah.az-a danışan Maral Tahirqızı bunun qəsdən edildiyini deyib:
"Veriliş aparanlar arasında bəzi naməlum cinslilər var. Mənim başqa cinsi məlum olmayanlarla işim yoxdur. Amma verilişdə mənim barəmdə təhqir edən naməlum cinslilər məni pis anlamda gündəmə gətirməklə pul qazanırlar. Sən pul qazanacaqsan deyə, məni təhqir edib, pisləməlisən? Sən nə qədər belə edəcəksən?! Ayıbdır axı... Ermənilərin də belə etmələrinə səbəb burdakı bəzilərinin ermənilərlə əlaqəsi olmasıdır. Onlar ermənilərə yalan məlumat ötürürlər, düşmən də paylaşır. Bəli, mən snayperçiyəm, özü də səs snayperçisi. Onunla bunu sifariş verənin ürəyindən elə vurmuşam ki, narahatlığı bilinir. Buna görə də acığını çıxmaq üçün belə edir. Bunu edənlər ermənilərlə bəlkə də, qohumdurlar".
AZİNFORM.AZ