DİGƏR XƏBƏRLƏR
Xalq artisti Firəngiz Mütəllimova 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
AZİNFORM.AZ xəbər verir ki, Şuşada Xalq şairi Nəriman Həsənzadənin "Qarabağım ilhamdı" şerini səsləndirərək videoçarx hazırladan sənətçi onu şəhidlərimizə ithaf etdiyini bildirib.
O, paylaşımına "Allah bütün şəhidlərimizə rəhmət eləsin" sözlərini yazıb.
Qeyd edək ki, Firəngiz Mütəllimova əslən şuşalıdır.