Xərçəngə tutulmaq istəmirsinizsə, bunları həyatınızdan kənarlaşdırın
2-09-2022, 23:38

Cancer Research jurnalında dərc olunmuş yeni məqalədə göstərilib ki, insan həyatında müəyyən dəyikliklər etməklə xərçəngin riskini xeyli azalda bilər.

Bu dəyişikliklər hansılardır? 

AZİNFORM.AZ xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Britaniyanın Xərçəng araşdırması mərkəzində çalışan alimlər ölkədə yaşayan bütün onkoloji xəstələrin xəstəlik tarixçələrini təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, xərçəngin inkişafı bir çox hallarda insanın özündən asılıdır.

Alimlər sübut edir ki, həyatından 5 əsas amili kənarlaşdıran insanın xərçəngə tutulmaq riski 30% azalır. Bu amillər bunlardır:


1. Siqaret çəkmək

Elmi araşdırmalar göstərir ki, siqaret tüstüsü kişilərdə 17,7%, qadınlarda isə 12,4% onkoloji xəstəliklərin inkişafına səbəb olur.

2. Artıq çəki

Xərçəng hallarının 6,3% səbəbi piylənmədir.

Piylənmə 13 növ xərçəngin inkişafına (bağırsaq, böyrək, süd vəzi xərçəngi və s.) səbəb ola bilər.

3. Ultrabənövşəyi şüalanma

Bu dəri xərçənginin və melanomanın əsas səbəblərindəndir. (Digər xərçəng növləri arasında 3,8% hallar.)

Onkoloqlar melanomanı "qara kraliça" adlandırırlar. Bu xərçəng növü çox tez inkişaf edir və metastazlar verir ki, melanomaya tutulmuş insan bir neçə ay ərzində həlak olur. Son zamanlar "zaqara" olan dəb melanomanın artmasına səbəb olub.

4. Alkoqol

Bu da xərçəngin əsas səbəblərindən biri sayılır.

5. Havanın çirklənməsi, pis ekoloji şərait

Sənaye müəssisələrinin, maqistral yollarının yanında yaşamaq ağciyər xərçənginin riskini artırır.

Xərçəng bütün dünyada ölüm səbəbləri arasında 2-ci yer tutur (ürək-damar sistemi xəstəliklərindən sonra) və ildən ilə xərçəngə tutulan insanların sayı artır.





up