Yuxu probleminiz var və gecələr yatmaqda çətinlik çəkirsiniz? Sizə verəcəyimiz bu müalicə rahat bir yuxunun qapılarını açacaq. Gecələr yuxu problemləri gündəlik həyatımıza olduğu kimi psixoloji olaraq da bizi təsir edən bir vəziyyətdir. Azinform.az bildirir ki, sağlamlıq probleminiz olmadığı halda gecələr yuxuya getməkdə çətinlik çəkirsinizsə, sarımsaq və duz müalicəsi ilə bu problemdən xilas ola bilərsiniz. Bu qarışıq pis göz və pis enerjiyə də xeyirlidir.
İş şəraiti və sosial həyat kimi faktorlar da yuxu problemlərinin səbəbi ola bilər. Gecələr yuxuya getməkdə çətinlik çəkənlər üçün möcüzəvi müalicə resepti var. Sağlamlıq problemi olmayan insanların tətbiq etdiyi bu müalicə sosial mediada ən çox yayılan reseptlər sırasındadır. Və olduqca sadədir.
Qarışıq tam bir diş sarımsaq, qaya duzu və su tələb edir. Əgər inqrediyentlərinizi hazırlamısınızsa, əvvəlcə sarımsağı bir stəkan suya qoyun.
Üzərinə bir qaşıq qaya duzu və su əlavə edin. Bu qarışığı yatağınızın altında və ya yatdığınız otağın qapalı küncünə qoyun və 1 həftə otursun.
Yuxu problemləri, pis göz və pis enerji üçün çox faydalı bir dərmandır. 1 həftədən sonra suyu torpağa tökə bilərsiniz.
QEYD: Səhhətində problem olanlar əvvəlcə həkimə müraciət etməlidir. Ciddi yuxu problemi olanlar həkimə müraciət etməlidir.
AZİNFORM.AZ