Boğaz ağrısı bir çox insanda xüsusilə qış aylarında görülən bir sağlamlıq problemidir. Təbii pastillərlə boğaz ağrısını aradan qaldırmaq çox asandır.
AZİNFORM.AZ İbrahim Saraçoğlunun verdiyi təbii evdə hazırlanan pastil reseptini təqdim edir:
- 1 stəkan su
- 1 stəkan təbii bal
- 3 xörək qaşığı təzə sıxılmış limon suyu
- 2 xörək qaşığı toz zəncəfil
- 10 mixək
- 1 çay qaşığı zerdeçal
- 1 çay qaşığı qara bibər
Əvvəlcə bütün inqrediyentləri qazana qoyun, qarışdırın və qaynadın. Qarışıq köpüklənənə qədər qarışdırmağa davam edin. Köpüklənəndən sonra mixəkləri çıxarın, nimçəyə çörək kağızı qoyun, qarışığı nimçənin üzərinə yuvarlaq formada düzün və 20 dəqiqə soyuducuya qoyun.
Hazırladığınız pastilləri uyğun bir bankaya qoyaraq soyuducuda saxlaya və lazım olduqda istehlak edə bilərsiniz.
Uşaqlar üçün acı ola biləcək bu pastil hazırlayarkən qara bibəri buraxıb yerinə bal əlavə edə bilərsiniz. Siz də zövqünüzə uyğun təzə sıxılmış portağal suyu və ya nar suyu kimi məhsullar əlavə edərək daha şəfalı edə bilərsiniz.
AZİNFORM.AZ