Türkiyədə 9 nəfər koronavirusun EG.5 ştamına yoluxdu
15-09-2023, 19:47

Türkiyədə yeni növ EG.5 (“eris”) koronavirusuna ən azı doqquz yoluxma halı qeydə alınıb.

AZİNFORM.AZ xəbər verirr ki, bu barədə jurnalistlərə Respublika Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib.

"Vəziyyət narahatlığa əsas vermir. Laborator müayinələrdən sonra 9 nəfərdə aşağı virulentliyə malik Eris variantı aşkarlanıb. Onların xaricdə təmasları olub və yoluxanlar Türkiyənin eyni vilayətindədir", - nazir bildirib. O əlavə edib ki, yeni koronavirus variantı digər ölkələrdə yayılmağa başladığı üçün onun Türkiyəyə də gəlməsi ehtimalı var.

Nazir daha əvvəl bildirmişdi ki, respublikadakı laboratoriyalar mütəmadi olaraq analizlər və sınaqlar aparır. Əsasən "omikron" variantlarına rast gəlinir. Türkiyə nəticələri həm ictimaiyyətə çatdırır, həm də beynəlxalq səviyyədə məlumat ötürür.

2022-ci ilin ortalarında Türkiyə sərhəd keçidlərində PCR testləri də daxil olmaqla, bütün anti-Covid məhdudiyyətlərini tamamilə ləğv etdi. Ümumilikdə, ölkədə koronavirusun yayılması zamanı 17,2 milyon insan yoluxub, 102 mindən çox insan dünyasını dəyişib. /unikal/





up