Naxçıvanda iki ayda 26 nəfəri əqrəb sancdı
14-08-2023, 13:22

Naxçıvanda günvurma və həşərat sancması ilə bağlı müraciətlərin sayı açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən AZİNFORM.AZ-a bildirilib ki, iyun ayından bu günədək muxtar respublikada günvurma ilə bağlı Təcili Tibbi Yardım Mərkəzinə üç müraciət daxil olub.

Həmçinin 26 əqrəb sancması, 11 arı sancmasından ağırlaşma, iki dəqiqləşdirilməmiş həşərat sancması ilə bağlı müraciət edilib.





up