Həkim 102 yaşına qədər içki içən qadının SİRRİNİ AÇDI
11-08-2023, 14:46

Alkoqoldan həddən artıq istifadə dəhşətli bir asılılığa və bir çox sağlamlıq probleminə səbəb olur, amma ölçünü bilsəniz, əks təsir göstərə bilər.

AZİNFORM.AZ xəbər verir ki, bunu psixoterapevt, kouç və seksoloq Kseniya Makuşkina deyib. Ekspert nə demək istədiyini o, 102 yaşlı amerikalı qadının timsalında izah edib.

"O, spirtli içki və Allaha imanı uzun ömrün sirri adlandırıb. Orta dozada alkoqol ciddi xəstəliklər olmadığı halda sağlamlığa o qədər də zərərli deyil, lakin o, neyrotransmitter dofaminin istehsalına kömək edir. Eyni hal siqaretə, şirniyyata da aiddir. Dofaminin maraq, sevinc və yaşamaq istəyimizdən məsuldur. İnsan orqanizmi isə elə qurulub ki, həyatın mənasını hiss etdikdə, içindəki bütün bioproseslər hüceyrələrin bərpasına və yenilənməsinə töhfə verir. İnanca gəlincə, əsas onun səmimiyyətidir. Tanrı, onun kömək edəcəyi və qoruyacağı anlayışı insanların çoxuna onan inanmaq üçün real görünür", - Makuşkina əlavə etdi. /publika.az/





up