Həkim qadının səhv yumurtalığını götürdü: "Bikini geyinmə də, nə olacaq ki?!" - VİDEO
5-08-2023, 21:15

Yumurtalığında şiş olan qadının xəstəxanda başına oyun açıblar.

AZİNFORM.AZ  Milli.Az-a istinadən xəbər verir ki, Türkiyədə 45 yaşlı qadın yumurtalığında şiş olması səbəbi ilə özəl xəstəxanalardan birində əməliyyat olunub. Lakin cərrah səhvən onun sağlam yumurtalığını götürüb.

Daha sonra yenidən həmin xəstəxanada əlavə ödəniş ödəməklə əməliyyata girib. Bu dəfəki əməliyyatı da uğursuz olan qadının tikiş yerində böyük şişlik qalıb. Həkimə bu görüntünün necə olacağı ilə bağlı sual verən qadına şok cavab verilib. Həkim "İndi də bikini geyinmə də, guya nolacaq ki?!" deyə bildirib. Xəstəxanadakı müalicə prosesi və həkimdən narazı qalan qadın məhkəməyə müraciət etmək niyyətindədir.







up